“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yevlaxda “RFO” və “Ən Yaxşı Təqdimat” müsabiqəsi qalibləri ilə görüş keçirilib

22/05/2025, 10:50
xeber1

Yevlaxda “RFO” və “Ən Yaxşı Təqdimat” müsabiqəsi qalibləri ilə görüş keçirilib.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yevlax Rayon Komitəsi və Yevlax Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “RFO “ və “Ən yaxşı təqdimat “ müsabiqələrinin qalibləri ,həmçinin onların təhsil aldıqları ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə Yevlax Rayon Təhsil Sektorunun müdiri və ATİAHİ Yevlax Rayon Komitəsinin sədri iştirak edərək qalibləri və onların müəllimlərini təbrik edib, xoş arzularını çatdıraraq gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıblar.

Qaliblər:

Kərimli Rəhman Elmar oğlu - “Ən Yaxşı Təqdimat” müsabiqəsi , II yer

Əzizli Sübhan Kainat oğlu -RFO müsabiqəsi, II yer

Cəfərli Qərənfil Rövşən qızı- RFO müsabiqəsi , II yer

Gürzalıyev Qarabəyli Mahir oğlu-RFO müsabiqəsi, III yer

Tədbirin sonunda qaliblərə, onları hazırlayan müəllimlərə və məktəb rəhbərlərinə Təşəkkürnamələr, hədiyyələr və gül dəstələri təqdim edilib.

Tədbirin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkür edirik.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: