Xəbərlər
Yevlaxda “Şəhərsalma və Memarlıq İli” münasibətilə tədbir keçirilib

Yevlaxda “Şəhərsalma və Memarlıq İli” münasibətilə tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Əli Hüseynli və İlham Məmmədov, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə, YAP Yevlax Rayon təşkilatının sədri Rafiq Əliyev,rayonun hüquq-mühafizə orqanları, ETİHİ Yevlax Şəhər Komitəsinin sədri, idarə, müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, Dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Azərbaycanın tarixi və müasir memarlıq nümunələrindən ibarət foto-sərgiyə baxış keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın memarlıq tarixinə həsr olunmuş film nümayiş olunub.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisinin deputatı Əli Hüseynli, Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə çıxışlarında bildiriblər ki, Azərbaycan memarlığı minilliklər boyu formalaşmış zəngin ənənələrə malik olmaqla xalqımızın milli-mədəni irsinin ayrılmaz tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin memarlıq və şəhərsalma sahəsinə göstərdiyi xüsusi diqqət nəticəsində ölkəmizdə tarixi-memarlıq abidələrinin mühafizəsi, bərpası, şəhərlərin baş planlarının hazırlanması və milli memarlıq məktəbinin inkişafı istiqamətində mühüm işlər görülüb. Məhz həmin dövrdə memarlıq sahəsində həyata keçirilən ardıcıl islahatlar bu gün də öz bəhrəsini verməkdədir. Eyni zamanda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə memarlıq irsinin bu gün də uğurla davam etdirildiyi, şəhərsalma sahəsində həyata keçirilən layihələrin ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb. Çıxışlarda həmçinin "Şəhərsalma və Memarlıq İli" çərçivəsində keçirilən tədbirlərin memarlıq irsinin təbliği və cəmiyyətdə memarlıq mədəniyyətinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbirin bədii hissəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solisti Elmir Pişnamazzadənin ifasında səslənən musiqi nömrələri tədbir iştitakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılandı.






