Xəbərlər
Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ”Müasir, müstəqil Azərbaycanın memarı” adlı tədbir təşkil edilib.

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ”Müasir, müstəqil Azərbaycanın memarı” adlı tədbir təşkil edilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri, Elm və Təhsil İşçiləri Həmkarlat İttifaqı Yevlax Şəhər Komitəsinin sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyaraq Dahi Şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb. “Yevlax City Hotel”də davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyatının mühüm məqamlarını əks etdirən eksponatlara baxış keçiriliblər.
Tədbir zamanı çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin dövlətimiz qarşısında tarixi xidmətlərindən bəhs ediblər.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Əməkdar artisti İlkin Əhmədovun və Muğam Televiziya Müsabiqəsinin laureatı Gülzar Fərəcovanın ifalarında səsləndirilən Ümummilli Lider Heydər Əliyevin sevdiyi və eləcə də Dahi şəxsiyyətə həsr olunan mahnılar tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb










