Xəbərlər
Yevlaxda “Xalqına Zəfərlər yaşadan Lider” adlı tədbir keçirilib.

Yevlaxda “Xalqına Zəfərlər yaşadan Lider” adlı tədbir keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin iyirmi ikinci illiyinə həsr olunmuş “Xalqına Zəfərlər yaşadan Lider” adlı tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Azərbaycan Respublikasının Milli Məclisinin Yevlax rayonundan seçilmiş deputatları Əli Hüseynli və İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri , Elm və Təhsiı İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsinin sədri ,rayonun hüquq-mühafizə orqanlarının, regional və yerli idarələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, dahi şəxsiyyətin müqəddəs xatirəsini dərin ehtiramla yad ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev ,YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aran regional bölməsinin müdiri Sani Məmmədov, Nəsimi adına şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Könül Hüseynova və Səməd Vurğun adına şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbin XI sinif şagirdi Rəhman Kərimli çıxış ediblər.
Daha sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir.
Tədbirin sonunda Rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə bir qrup qabaqcıl şəxsə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub









