“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yol hərəkəti qaydalarına həsr olunmuş maarifləndirici tədbir keçirildi.

22/12/2025, 09:51
xeber1

Bərdə rayonunda yol hərəkəti qaydalarına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) təşkilatçılığı ilə yol hərəkəti qaydalarına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi yol hərəkəti qaydalarına diqqəti artırmaq, uşaqlarda təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına töhfə vermək olub.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədiri Misir Ənvərli,Bərdə Rayon Polis Şöbəsinin və Bərdə Rayon Yol-Patrul Xidmətinin əməkdaşları,Bərdə şəhər Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbin direktoru Nuranə Seyidova, müəllimlər və məktəblilər iştirak ediblər.

Maarifləndirici tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədiri Misir Ənvərli, Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə Əyyubova və Bərdə Rayon YPX-nin inspektoru Nazim Süleymanov çıxış edərək yol hərəkəti qaydalarına əməl etməyin vacibliyindən, xüsusilə uşaqların təhlükəsizliyinin qorunmasının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu kimi tədbirlər gələcəkdə yol-nəqliyyat hadisələrinin azalmasına mühüm töhfə verə bilər.

Tədbirin sonunda fəal iştirak edən şagirdlər diplomlarla təltif olunublar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: