“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yubiley münasibətilə fəxri fərman və hədiyyə təqdim olunub.

18/06/2026, 15:37
xeber1

Bərdə rayonu Neymət Malıyev adına Qaradırnaq kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Qaraşova Lətafət Ağalar qızı və Qaraşova Elza Behbud qızının 65 illik yubileyləri münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsi tərəfindən tədbir keçirilib.

Tədbirdə yubilyar müəllimlərin təhsil sahəsində uzunillik səmərəli fəaliyyətləri, gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlər və məktəbin ictimai həyatındakı fəal iştirakları yüksək qiymətləndirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsi tərəfindən Qaraşova Lətafət Ağalar qızı və Qaraşova Elza Behbud qızı yubileyləri münasibətilə fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.

Tədbir iştirakçıları yubilyarları təbrik edərək onlara möhkəm can sağlığı, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Yubilyarlar isə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsi təhsil işçilərinin əməyinin qiymətləndirilməsi, onların sosial rifahının yaxşılaşdırılması və peşə fəaliyyətlərinin təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: