Xəbərlər
Yubiley təbriki
25/02/2026, 16:35
25 fevral 2026 cı il tarixində 309 nömrəli tam orta məktəbin akt zalında bir qrup (90 nəfər) ittifaq üzvünün yubileyi münasibətilə (50 və 60 yaş) tədbir keçirildi. Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu rayon Komitəsinin sədri Alı Məmmədov yubileyi qeyd olunan ittifaq üzvlərini rayon komitəsi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi adından təbrik etdi. Yubilyarlar göstərilən bu diqqət və qayğıya görə ETİHİ rəhbərliyinə və Sabunçu Rayon Komitəsinə öz dərin minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda yubileyi qeyd olunan ittifaq üzvlərinə Fəxri fərman və qiymətli hədiyyə təqdim olundu.





