Xəbərlər
Yubiley təbriki.

Qasımova Məlahət Niftalı qızını – 2 saylı bağçanın hörmətli və dəyərli tərbiyəçi müəllimini 65 illik əlamətdar yubileyi münasibətilə böyük ehtiram və sonsuz hörmətlə təbrik edirik!
Sizin şərəfli və mənalı ömür yolunuz, uzun illərə söykənən zəngin pedaqoji fəaliyyətiniz, körpə fidanların sağlam ruhda yetişdirilməsi istiqamətində göstərdiyiniz yorulmaz zəhmət yüksək dəyərə layiqdir. Siz öz peşəkarlığınız, insanpərvərliyiniz və yüksək mənəvi keyfiyyətlərinizlə hər zaman kollektivin rəğbətini qazanmış, gələcək nəsillərin formalaşmasına misilsiz töhfələr vermisiniz.
Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti və həyatınızın bundan sonrakı mərhələlərində də bol-bol sevinc, uğur və nailiyyətlər arzulayırıq!
Hörmət və ehtiramla,
ETİHİ Tovuz Rayon Komitəsinin sədri Flora Pənahova





