“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yubiley təbriki

15/09/2026, 12:01
xeber1

Sentyabrın 14-də Azərbaycan Milli Konservatoriyasında 2026–2027-ci tədris ilinin ilk Elmi Şura iclası keçirilib.


İlk olaraq Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə yeni tədris ilində Konservatoriyanın qarşısında duran vəzifələr, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.


Elmi Şura daha sonra ənənəvi yubiley təbriki ilə davam edib.

Azərbaycan Milli Konservatoriyasının “Milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi-təcrübi laboratoriyasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədəli Məmmədov 75 illik yubileyi münasibətilə təbrik edilib.


Rektor Kamilə Dadaş-zadə Məmmədəli Məmmədovun milli musiqi alətlərinin bərpası, təkmilləşdirilməsi və tədqiqi sahəsində uzunillik, səmərəli elmi-yaradıcı fəaliyyətini yüksək qiymətləndirib, ona xoş arzularını çatdırıb və yubiley münasibətilə Fəxri Fərmanla təltif edib.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: