Xəbərlər
Yubiley tədbiri
20/11/2025, 17:14
20 noyabr 2025- ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə 309 nömrəli tam orta məktəbin akt zalında bir qrup ittifaq üzvünün yubleyi münasibəti ilə ( 50 və 60 yaş ) tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov çıxış edərək yubliyarları təbrik etdi. Yubliyarlar göstərilən bu diqqət və qayğıya görə AHİK rəhbərliyinə, ETİHİ rəhbərliyinə və Sabunçu Rayon Komitəsinin sədrinə və əməkdaşlarına öz minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda yubleyi qeyd olunan ittifaq üzvlərinə Fəxri fərman və qiymətli hədiyyə təqdim olundu.



