“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yubiley tədbiri keçirilib

08/09/2026, 11:04
xeber1

08 sentyabr 2026-cı il tarixində Oğuz rayon Təhsil Sektorunda yaşla əlaqədar əmək müqaviləsinə xitam verilmiş Nazim Əhmədovla tədbir keçirilmişdir.

Tədbirdə Oğuz rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsinin sədri Fərman İbrahimov və ittifaqı üzvləri iştirak etmişlər.

Çıxış edənlər Nazim Əhmədovu yubileyi münasibətilə təbrik etmiş, möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Daha sonra Nazim Əhmədov çıxış edərək tədbirin təşkilinə və ona göstərilən diqqətə görə minnətdarlığını bildirmiş, xoş arzularını çatdıran hər kəsə təşəkkür etmişdir.

Sonda Nazim Əhmədova hədiyyə təqdim olunmuş, xatirə şəkilləri çəkilmişdir

Gallery Image

Sosial şəbəkələrdə paylaş: