“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yubiley tədbiri keçirilib.

28/10/2026, 15:12
xeber1

14 oktyabr 2026-cı il tarixində Şırvan - Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığının mühasibi Ağalarova Səhər Fərhad qızının anadan olmasının 60-cı ildönümü kollektiv üzvləri tərəfindən qeyd edilib.

Tədbirdə iştirak edən ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova yubilyarı təbrik edərək ona cansağlığı və xoşbəxtlik arzulayıb. Komitə sədri Səhər xanımın işgüzarlığından, işinə məsuliyyətlə yanaşmasından, kollektiv üzvləri arasında qazandığı hörmət və səmimiyyətdən söz açaraq yubilyarı Təbriknamə, gül dəstəsi və mükafatla təltif edib.

İş yoldaşları da yubilyarı təbrik edərək, onunla xatirə şəkilləri çəkdiriblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: