“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yubiley tədbiri keçirilmişdir

17/03/2026, 08:33
xeber1

17 mart 2026-cı il tarixində Oğuz rayonunun Yemişənli kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Malıyev Muxtar Valeh oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, Oğuz rayon Təhsil Sektorunun nümayəndəsi Ehtiram Qəhrəmanov,   təqaüddə olan müəllimlər və pedaqoji kollektiv iştirak etmişlər.

 Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Çıxış edənlər yubilyarı təbrik etmiş, öz səmimi  arzularını çatdırmışlar.

   Muxtar Malıyev öz çıxışında göstərilən diqqət və qayğıya görə ETİHİ Respublika Komitəsinin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnət-darlığını bildirmişdir.

  Sonda yubilyara fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: