Xəbərlər
Yubiley tədbiri keçirilmişdir

27 aprel 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon komitəsinin təşkilatçılığı ilə yubiley tədbiri keçirilmişdir. Tədbirdə ETİHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, Oğuz rayon təhsil sektorunun müdiri Sərdar Nəbiyev və yubiley yaşı tamam olmuş 39 nəfər təhsil işçisi iştirak etmişdir.
Yubiley tədbiri başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
ETİHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlamışdır. O, öz çıxışında ittifaq üzvlərinin hər daim diqqət mərkəzində saxlanıldığını, hüquqlarının qorunduğunu, onlara maddi və mənəvi dəstək göstərildiyini, istirahət və sağlamlıqlarının təşkili üçün hər zaman yanlarında olduqlarını qeyd etmişdir. Xüsusilə 65 yaşla bağlı tədbirlərin keçirilməsinin vacibliyini vurğulayan sədr, uzun illər təhsil sahəsində çalışmış, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuş insanlara qayğı ilə yanaşılmasının önəmini qeyd etmişdir.
Oğuz rayon təhsil sektorunun müdiri Sərdar Nəbiyev çıxış edərək təhsil işçilərini təbrik etmiş, onlara səmimi arzularını çatdırmışdır. Çıxış edən təhsil işçiləri təhsil sahəsinə və təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, AHİK və ETİHİ Respublika Komitəsinin rəhbərliyinə, eləcə də əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda iştirakçılara hədiyyələr təqdim olunmuş və xatirə şəkilləri çəkilmişdir.











