“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yubiley tədbirləri keçirilmişdir

02/09/2026, 14:19
xeber1

​  Yaşla bağlı olaraq əmək müqaviləsinə xitam verilmiş və yubiley yaşı tamam olan həmkarlar ittifaqı üzvlərimizin çoxillik səmərəli fəaliyyətini, təhsil sahəsindəki zəhmətini yüksək qiymətləndirmək məqsədilə əlamətdar tədbir təşkil olunmuşdur.

​Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsinin sədri Fərman İbrahimov, müəssisə rəhbərləri, ittifaqın fəal üzvləri və dəvət olunmuş qonaqlar iştirak etmişlər.

​Çıxış edənlər yubilyarları bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edərək, onlara uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatlarında və gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıblar. Bildirilib ki, təhsil sahəsinə uzun illər xidmət etmiş bu fədakar insanların təcrübəsi hər zaman yüksək dəyərə malikdir.

​Öz növbəsində yubilyarlar da göstərilən böyük diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə və ETİHİ Oğuz Rayon Komitəsinin rəhbərliyinə öz dərin minnətdarlıqlarını və təşəkkürlərini ifadə etmişlər.

​Tədbirin sonunda yubilyarlara həmkarlar ittifaqı tərəfindən hədiyyələr təqdim olunmuş və xatirə şəkilləri çəkdirilmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: