“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yubiley yaşı tamam olan texniki işçilərin yubiley tədbirləri təşkil olunub.

04/11/2025, 21:28
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatları olan N.Behdiyev adına şəhər 6 Nömrəli tam orta ümumtəhsil məktəbində və Rayon Təhsil Sektorunda yubiley yaşı tamam olan texniki işçilərin yubiley tədbirləri təşkil olunub.


Tədbirdə Rayon Təhsil sektorunun müdiri Rəşid Məmmədli ETİHİ RK-nın sədri Hafiz Kerimov və kollektiv üzvləri iştirak etdilər.44 günlük Vətən müharibəsində döyüşərək sağlamlığını itirmiş qazi Qismət Əliabbaszadənin anası,şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində uzun müddət xadimə işləyən Kərimova Gülüstan Mehdi qızının çalışmanın son yaş həddinə çatması münasibətilə və ömrünün çox hissəsini rayonun təhsilinin inkişafına həsr etmiş ,yubiley yaşı tamam olan Rayon Təhsil Sektorunun əməkdaşı Heydərova Südabə Məmməd qızının yubiley tədbirlərində çıxış edənlər yubilyarlar haqqında xoş xatirlərini danışaraq onlara xoş istirahətlər arzuladılar.


Yubilyarlar ETİHİ Rayon Komitəsinın fəxri fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: