Xəbərlər
Yubiley yaşı tamam olmuş ittifaq üzvləri təltif olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Şəki Şəhər Komitəsinin xidmətində olan təşkilatlarda çalışan və 65 yaşı tamam olmuş ittifaq üzvlərinin yubileyləri münasibətilə təltif mərasimləri keçirilib.
Tədbirlər zamanı yubiley yaşını qeyd edən ittifaq üzvləri əmək fəaliyyətlərində göstərdikləri səmərəli fəaliyyətə və təhsil sahəsinin inkişafına verdikləri töhfələrə görə ETİHİ Şəki Şəhər Komitəsi tərəfindən fəxri fərman və hədiyyə ilə təltif olunublar.
Komitə tərəfindən bu cür tədbirlərin keçirilməsində əsas məqsəd uzun illər təhsil sahəsində çalışan əməkdaşların əməyinə verilən yüksək dəyəri ifadə etmək, onların fəaliyyətini qiymətləndirmək və ittifaq üzvlərinə mənəvi dəstək göstərməkdir.
ETİHİ Şəki Şəhər Komitəsi olaraq yubileyi qeyd olunan ittifaq üzvlərinə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.












