Xəbərlər
Yubiley yaşını qeyd edən müəllimlər təltif edildi

Elm və Təhsil İşçiləri İmişli Rayon Komitəsi tərəfindən oktyabr ayında yubiley yaşı tamam olan təhsil işçilərini rayon komitəsinin fəxri fərmanı,təşəkkürnaməsi və hədiyyələri ilə təltif edilib.
Təltif olunanlar:
• İmişli Rayonu Mehman Süleymanov adına Hacırüstəmli kənd tam orta ümumtəhsil məktəbin riyaziyyat müəllimi Dadaşov Əlmərdan Müslüm oğlu – 65 yaş
• İmişli Rayonu Azər Atayev adına Göbəktala kənd tam orta ümumtəhsil məktəbinin təşkilatçısı müəllimi Məmmədova Sücayət Səfiyar qızı – 65 yaş
• İmişli Rayonu Fikrət Cəbrayılov adına Şahverdili kənd tam orta ümumtəhsil məktəbinin sinif müəllimi Əmirova Aidə Rafiq qızı – 65 yaş
Yubiley yaşı tamam olan bütün təhsil işçilərini səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
















