Xəbərlər
Yubiliyarla görüş
13/02/2026, 16:16
Pirallahı rayonunda yerləşən 186 nömrəli ümumtəhsil məktəbində həmkar üzvü Mustafayeva Rəna Qədir qızının 60 illik yubileyi münasibətilə tədbir keçirilib.Yubilyarın uzun illik pedaqoji fəaliyyəti, təhsil sahəsinə verdiyi töhfələr və kollektiv arasında qazandığı hörmət xüsusi qeyd olunub.Pirallahı Rayon Komitəsi adından yubilyar təbrik edilərək ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulanıb.






