Xəbərlər
Yubilyar həmkar üzvləri ilə görüş keçirilib.

Əmək fəaliyyətində uzun illər ərzində göstərdikləri səmərəli xidməti ilə seçilən 60 və 65 yaşlı həmkar üzvləri ilə görüş keçirilmişdir. Görüş zamanı yubilyarların peşə fəaliyyətində qazandıqları nailiyyətlərdən, kollektivin inkişafına verdikləri töhfələrdən və nümunəvi əmək fəaliyyətlərindən bəhs olunmuşdur. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin sədri Kamil zəhmətkeşliyi və kollektiv daxilində qazandıqları hörməti yüksək qiymətləndirilmiş, yubilyarlara gələcək həyatlarında möhkəm cansağlığı və uğurlar arzulanmışdır. Sonda Goranboy şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin Biologiya müəllimi Şirinova Rahilə İlyas qızı, Azərbaycan dili və ədəbiyyat müəllimi Heydarova Hüsnü Abduləli qızı, Azərbaycan dili və ədəbiyyat müəllimi Əsədova Rahilə Məhərrəm qızı və Kitabxana müdiri Yusifova Möhtərəm Mürsəl qızına fəxri fərman və xatirə hədiyyələri təqdim edildi, xatirə şəkli çəkdirildi.







