Xəbərlər
Yubilyar həmkarlarımızla görüş

ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən Qubadlı rayon ümumtəhsil məktəblərində çalışan və avqust ayında 60 və 65 illik yubileyləri tamam olan ittifaq üzvlərinin təbrik edilməsi ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Ruhiyyə Həziyeva, Qubadlı rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Zakir Qasımov və Sektorun kollektivi iştirak etmişdir.
Çıxışlarda yubilyar həmkarlarımızın uzun illər ərzində təhsil sahəsində göstərdikləri zəhmətkeşlik, fədakarlıq və səmərəli əmək fəaliyyəti yüksək qiymətləndirilmiş, onlara möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə, ailə səadəti və gələcək fəaliyyətlərində yeni uğurlar arzulamışlar.
Tədbirin sonunda yubilyar həmkarlarımıza Fəxri Fərman və mükafatlar təqdim olunmuşdur.
Əziz həmkarlarımız, hər birinizi bir daha ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür və xoş günlər arzulayırıq!









