Xəbərlər
Yubilyar müəllimi təbrik olundu
15/06/2026, 14:07

Göyçay rayon Müskürlü kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Əmircanov Nizami Ağasəf oğlunun 65 illik yubileyi münasibətilə keçirilən görüşdə ETİHİ Göyçay Rayon Komitəsinin nümayəndəsi iştirak edib.
Görüş zamanı Nizami müəllim uzunillik səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi töhfələr və gənc nəslin yetişdirilməsində göstərdiyi xidmətlərə görə təbrik olunub. ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən ona təşəkkürnamə təqdim edilib və xatirə hədiyyəsi verilib.
Çıxış edənlər yubilyara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar. Nizami müəllim isə göstərilən diqqət və yüksək qiymətə görə minnətdarlığını ifadə edib.




