“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yubilyar müəllimlər ETİHİ Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırılmışlar.

08/12/2025, 02:41
xeber1

ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatlarında yubiley yaşı tamam olan qabaqcıl müəllimlər təltif olunmuşdur. E. Məmmədov adına şəhər 3 saylı məktəb-liseyin ibtidai sinif müəllimi Hacıyeva Şahsənəm və Xanagah kənd ümumi orta ümumtəhsil məktəbin ibtidai sinif müəllimi Mahmudova Zenfira 60 yubiley yaşlarının tamam olması münasibətilə tədbir keçirilmişdir. 


Qabaqcıl müəllimlərin iş və həyat fəaliyyəti haqqında xoş xatirələr dinlənilmiş, onlara gələcək fəaliyyətində uğurlar arzulanmışdır. 


Yubilyar müəllimlər ETİHİ Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırılmışlar. 


 Öz işinə məsuliyyətlə yanaşan, şagirdlərin və kollektivin hörmətini qazanmış , yubiley yaşı tamam olan müəllimlərimizi ürəkdən təbrik edirik, şərəfli müəllimlik sənətini uğurla davam etdirilməsində müvəffəqiyyətlər arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: