“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yubilyar müəllimlərimiz təbrik olundu

03/04/2026, 22:39
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı nın təşkilatlarından olan Sadıqlı kənd tam orta məktəbinin uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş, yüksək peşəkarlığı və nümunəvi müəllimlik fəaliyyəti ilə seçilən dəyərli pedaqoqları Adilə Yusifova və Mətanət Əfəndiyevanın 65 illik yubileyi təntənəli şəkildə qeyd olundu.

Məktəb direкtoru və kollektiv Adilə Yusifova və Mətanət Əfəndiyevanın uzun illər ərzində təhsil sahəsində göstərdikləri yorulmaz zəhmətdən, müəllimlik peşəsinə olan dərin bağlılıqlarından və yüksək insani keyfiyyətlərindən geniş bəhs etdilər. Qeyd olundu ki, onlar çalışdıqları müddət ərzində yüzlərlə şagirdin savadlı, vətənpərvər və layiqli vətəndaş kimi yetişməsində mühüm rol oynamış, daim öz bilik və bacarıqlarını şagirdləri ilə bölüşərək onların gələcək həyat yollarına işıq tutmuşlar.

Eyni zamanda vurğulandı ki, yubilyar müəllimlər yalnız pedaqoji fəaliyyətləri ilə deyil, həm də kollektiv daxilində yaratdıqları sağlam mühit, səmimiyyət və həmrəylik ruhu ilə seçilmiş, gənc müəllimlər üçün hər zaman örnək olmuşlar. Onların zəngin təcrübəsi, səbr və qayğıkeşliyi məktəb kollektivində xüsusi dəyər kimi qiymətləndirilir. Kollektiv Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə həmkarlar təşkilatının fəaliyyətində gözəçarpacaq dərəcədə hiss olunan müsbət işlərə görə təşəkkür ediblər.

ETİHİ Ağstafa Rayon Komitəsi adından yubilyarlara fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olundu. Onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, sevdiklərinin əhatəsində xoşbəxt və firavan həyat, eləcə də gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulandı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: