“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yubilyar şəhid xanımı ilə görüş keçirilib.

23/06/2026, 10:16
xeber1

Goranboy rayonunda I Qarabağ müharibəsi şəhidi Qəhrəmanov İlham Fətulla oğlunun xanımı, Dəliməmmədli şəhər tam orta ümumtəhsil məktəbinin fransız dili müəllimi Qəhrəmanova Kəmalə Kamran qızının 65 yaşının tamam olması münasibəti ilə görüş keçirilib. Tədbirdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev, məktəbin direktoru Ceyhun Cahangirov və məktəb kollektivi iştirak edib. Tədbirdə çıxış edən natiqlər yubilyarın müxtəlif illərdə təhsil sahəsinin inkişafına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və əmək kollektivlərində sağlam iş mühitinin formalaşmasına verdiyi töhfələrdən bəhs edib. Bildirilib ki, onun zəngin iş təcrübəsi, məsuliyyətli fəaliyyəti və işlərinə olan yüksək bağlılığı gənc əməkdaşlar üçün hər zaman örnək olduğu vurğulanaraq, ona möhkəm cansağlığı, uzun ömür və bundan sonrakı həyatında da uğurlar arzulanıb. Təbriklərə qoşulan məktəb kollektivi yubilyarların peşə fəaliyyətində qazandığı nailiyyətlərdən, kollektivin inkişafına verdiyi töhfələrdən və nümunəvi əmək fəaliyyətindən bəhs edib. Bununla yanaşı, şəhid xanımı kimi göstərdiyi mənəvi möhkəmlik, Vətənə sədaqət və ailə dəyərlərinə bağlılıq xüsusi vurğulanıb. Qeyd olunub ki, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi, onların cəmiyyətimizdə layiq olduqları yüksək ehtiramla əhatə olunması hər zaman önəmli vəzifələrdən biridir. Sonda yubilyara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən təşəkkürnamə və xatirə hədiyyələri təqdim olundu.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: