“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yubilyarla növbəti görüş

19/06/2026, 17:19
xeber1

13 iyun 2026-cı il tarixdə Respublikamızın bütün təhsil müəssisələrində “Son Zəng” səsləndi. Buraxılış siniflərlə bərabər son zəngin kədərli notlarını 65 yaş həddinə çatan müəllimlərimiz də duydu. 2025-2026 -cı tədris ilində Hacıqabul rayon təhsil üzrə 34 nəfər təhsil işçisi məktəb həyatına əlvida deyəcək. Onlardan şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Nəhmədova Məryəm Rəhim qızı , Qızılburun kənd tam orta məktəbinin müəllimləri Əliyeva Sədaqət Ağarza qızı və Nadirova Kifayət Misir qızı , Navahı kənd tam orta məktəbinin müəllimləri Məmmədova Əntiqə Səməndər qızı və Zülfüqarova Mənsimə Yunis qızı eləcə də Navahı qəsəbə 2 nömrəli tam orta məktəbinin müəllimi Məmmədova Flora Xəlil qızının tədris ilinin sonunda əmək fəaliyyətinə xitam verilmişdir.Yubiley münasibətilə ETİHİ Hacıqabul Rayon Komitəsinin sədri Kifayət Əmirbəyova təhsil müəssisələrində olmuş və hər bir yubilyarı təbrik etmiş , onlara Fəxri Fərman ,qiymətli hədiyyə və gül dəstələri təqdim etmişdir.

Göstərilən diqqət və qayğıya görə yubilyarlar ölkə rəhbərliyinə , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayeva öz dərin minnətdarlıqlarını bildirdilər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: