Xəbərlər
Yubilyarlar təltif olunub
10/03/2026, 15:31

ETİHİ Şəki Şəhər Komitəsi Kollektiv Müqavilənin şərtlərinə uyğun olaraq fevral ayında xidmətində olan üzv təşkilatlarda çalışan, o cümlədən 2 ilk təşkilat sədri də daxil olmaqla, ümumilikdə 9 nəfər ittifaq üzvünü yaş həddinə (65) çatmaları münasibətiylə Fəxri Fərman və hədiyyələrlə təltif edib.
Komitə bu istiqamətdə fəaliyyətini davam etdirərək yubiley yaşı tamam olan təhsil işçilərinin mükafatlandırılmasını növbəti aylarda da ardıcıl şəkildə həyata keçirməyi planlaşdırır.








