Xəbərlər
Yubilyarlarla növbəti görüş.
18/02/2026, 18:53

Hacıqabul rayonu Navahı qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində uzun müddət
pedaqoji sahəsində fəaliyyət göstərən Məmmədova Mərcanə Əlibala qızı və Əliyeva Arifə Rza
qızının 65 illik yubiley tədbiri keçirildi. Tədbirdə ETİHİ Hacıqabul Rayon Komitəsinin sədri
Kifayət Əmirbəyova və məktəbin kollektivi iştirak etdilər.Kifayət müəllimə yubilyarlara xoş
arzularını bildirərək Komitə tərəfindən hər iki müəlliməyə Fəxri Fərman , gül dəstəsi və qiymətli hədiyyə təqdim etdi.




