Xəbərlər
YUBİLEYİNİZ MÜBARƏK, XURŞUD MÜƏLLİMƏ
30/10/2026, 09:39

Ağcabədi rayonunun M. Həsənov adına Rəncbərlər kənd tam orta ümumtəhsil məktəbində məktəbin həmkarlar ittifaqı təşkilatının sədri Şükürova Aygün Natiq qızının təşkilatçılığı ilə ibtidai sinif müəllimi Əsgərova Xurşud Kamran qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Ömrünün 42 ilini təhsil sahəsinə həsr edən Xurşud müəllimə şərəfli pedaqoji fəaliyyəti, zəhməti və gələcək nəsillərin yetişdirilməsinə verdiyi töhfələrlə dəyərli müəllim ömrü yaşayır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi adından bu əlamətdar gün münasibətilə Xurşud müəllim Sizi təbrik edirik.





