Xəbərlər
YUBİLYAR MÜƏLLİMLƏR TƏLTİF OLUNDU

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 60 yaşını tamamlayan təhsil işçilərinə həsr olunmuş təbrik və təltiflər davam edir. Bu dəfə Həzi Aslanov adına 175 nömrəli tam orta məktəbin yubilyar müəllimləri Fəxri Fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Uzun illər təhsil sahəsində çalışan, minlərlə şagirdin yetişdirilməsində mühüm rol oynamış müəllimlərin pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. Onların fədakarlığı, zəhməti və təhsilin inkişafına verdikləri töhfələr xüsusi vurğulanıb.
Məktəbin İlk Hİ təşkilat sədri Aynur İsmayılova yubilyar müəllimləri təbrik edərək onlara cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, müəllim əməyinin daim yüksək dəyər daşıdığını qeyd edib.
Yubilyar müəllimlər onlara göstərilən ehtiram və diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.







