Xəbərlər
YUBİLYAR MÜƏLLİMLƏRƏ EHTİRAM VƏ TƏŞƏKKÜR

Oktyabr ayının son həftəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan məktəbəqədər və ümumtəhsil müəssisələrinin 50 və 55 yaşlı təhsil işçilərinin yubiley tədbirləri təşkil olunub. Tədbirlərdə iştirak edən əməkdaşlar təbrik edilərək onlara Fəxri Fərmanlar və xatirə hədiyyələr təqdim edilib.
Tədbirlərdə iştirak edənlərin uzun illər ərzində təhsil sahəsində göstərdikləri səmərəli fəaliyyət, tədris prosesinə verdikləri töhfələr və kollektivlərdə qazandıqları hörmət xüsusi vurğulanıb. Tədbirlərin əsas məqsədi təhsil işçilərinin əməyinin dəyərləndirilməsi, onların peşə fəaliyyətinə verilən dəyərin artırılması və həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsidir.














