Xəbərlər
YUBİLYAR TƏBRİK OLUNDU.
12/05/2026, 09:39

Natiq Ağayev adına Hacıqabul şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Mənsimə Hüseynova Əliəşrəf qızının 65 illik yubileyi qeyd olundu.
Mənsimə müəlliməni doğum günü münasibətilə onunla çiyin-çiyinə çalışan iş yoldaşları,dərs dediyi şagirdlər təbrik etdi.ETİHİ Hacıqabul Rayon Komitəsi tərəfindən 40 ilə yaxın pedaqoji əmək fəaliyyətini qeyd edən yubilyara Fəxri Fərman,gül dəstəsi və qiymətli hədiyyə təqdim olundu.
Mənsimə müəlliməyə möhkəm can sağlığı,xoş və mənalı günlər arzulayırıq.





