Xəbərlər
YÜKSƏK NƏTİCƏ GÖSTƏRƏN MƏZUNLARLA GÖRÜŞ
10/09/2026, 09:52

Qarabağ Regional Təhsil İdarəsinin və ETİHİ Ağcabədi, Ağdam, Füzuli, Bərdə, Xankəndi və Tərtər Rayon Komitələrinin təşkilatçılığı ilə 2025–2026-cı tədris ilində yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlarla görüş keçirilib.
Görüşdə məzunlar təbrik olunaraq onlara gələcək təhsil həyatlarında uğurlar arzulandı.
Sonda ETİHİ Rayon Komitələri tərəfindən məzunlara hədiyyələr təqdim olunub və xatirə fotosu çəkildi.











