Xəbərlər
Yüksək nəticə göstərən məzunlar təltif olundular

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Rayon Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin məzunları arasında qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərən məzunların təltif olunması mərasimi keçirildi.
Ağstafa Rayon İcra Hakimiyyəti, ETİHİ Ağstafa Rayon Komitəsi , Ağstafa Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə yüksək nəticə göstərən məzunların uğurları xüsusi qeyd olundu.
Tədbir çərçivəsində 600-dən yuxarı bal toplayan məzunlar təşəkkürnamə və müxtəlif hədiyyələrlə təltif edildilər.
Çıxışlarda məzunların əldə etdikləri yüksək nəticənin onların əzmkarlığının, məqsədyönlü çalışmalarının, müəllimlərinin fədakar əməyinin və valideynlərinin dəstəyinin nəticəsi olduğu vurğulandı.
Gənc məzunlara bundan sonrakı təhsil həyatlarında və gələcək fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər və daim yüksək zirvələr arzu olundu.
Hər bir məzunumuzu ürəkdən təbrik edir, onlara işıqlı və uğurlu gələcək arzulayırıq!







