“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yüksək nəticə göstərən şagirdlərin mükafatlandırma mərasimi keçirilib.

18/02/2026, 09:05
xeber1

Məktəblilərarası fənn müsabiqəsi və Lütfi Zadə adına riyaziyyat - məntiq olimpiadasında yüksək nəticə göstərən şagirdlərin mükafatlandırma mərasimi keçirilib.

---

Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon üzrə təhsil sektorunun müdiri,ETİHİ-nin İmişli rayon komitəsinin sədri, qalib şagirdlər, onların müəllimləri və valideynləri iştirak ediblər. Mərasimdə çıxış edənlər şagirdləri qazandıqları nailiyyətlər münasibətilə təbrik edərək bu uğurların arxasında dayanan zəhməti xüsusi vurğulayıblar. Bildirilib ki, əldə olunan nəticələr şagirdlərin məqsədyönlü çalışmasının, müəllimlərin peşəkar rəhbərliyinin və valideynlərin davamlı dəstəyinin məntiqi nəticəsidir.

Çıxışlarda qeyd olunub ki, məktəblilərarası fənn müsabiqəsi və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası şagirdlərin sağlam rəqabət mühitinin formalaşdırılmasında mühüm rol oynayır. Bu cür bilik yarışları gənclərin elmə marağını artırmaqla yanaşı, onların gələcək akademik və peşəkar uğurlarına da möhkəm zəmin yaradır.Mil-Muğan Regional Təhsil İdarəsinin,ETİHİ-nın İmişli rayon komitəsi qalib şagirdlərə diplomlar, medallar və müxtəlif hədiyyələri təqdim olunub. Bu uğurlar bir daha göstərir ki, bölgə məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz bəhrəsini verməkdədir.

#MilMuğanRTİ #EduAz #ETİHİ #Məktəb #Şagird #Müəllim #RFM

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: