“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilmişdir

01/09/2026, 10:43
xeber1


  Oğuz Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə Təhsil Sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon Komitəsinin birgə təşkilatçılığı ilə 2025-2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərən, tələbə adını qazanan məzunlarla görüş keçirilmişdir.

Görüşdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, təhsil işçiləri, yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar və onların valideynləri iştirak ediblər.

Tədbirdə məzunların əldə etdikləri yüksək nəticələrdən, onların qarşıdakı təhsil həyatında qarşılaşacaqları imkan və perspektivlərdən söhbət açılıb. Gənclər qazandıqları böyük uğur münasibətilə təbrik edilərək, onlara gələcək təhsil illərində uğurlar arzulanıb.

Görüş zamanı dövlətin təhsilə və gənclərə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Savadlı, bilikli və yüksək dünyagörüşünə malik gənclərin ölkəmizin gələcəyində mühüm rol oynadığı qeyd edilib.

Ali məktəblərə qəbul olaraq tələbə adını qazanan bütün məzunlarımızı və onların valideynlərini təbrik edir, gələcək təhsil həyatlarında uğurlar, yüksək nailiyyətlər və yeni zirvələr arzulayırıq!

Uğurlarınız daim olsun, əziz məzunlar!

Tədbirin sonunda məzunlara hədiyyələr təqdim olunub,xatirə şəkilləri şəkilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: