“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İyul ayı üzrə ekskursiya proqramı uğurla başa çatıb

31/07/2026, 17:51
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən fəaliyyət dairəsinə daxil olan məktəbəqədər təhsil müəssisələrinin həmkarlar ittifaqı üzvlərinin sosial rifahının dəstəklənməsi, mənəvi istirahətinin təşviqi və kollektivlər arasında həmrəyliyin möhkəmləndirilməsi məqsədilə respublikamızın müxtəlif bölgələrinə birgünlük ekskursiyalar təşkil olunub.


İyul ayı ərzində həyata keçirilən ekskursiya proqramına 11 məktəbəqədər təhsil müəssisəsindən 273 nəfər həmkarlar ittifaqı üzvü cəlb edilib. Proqram çərçivəsində iştirakçılar İsmayıllı, Quba, Qusar, Şamaxı və Göygöl Milli Parkı istiqamətlərində təşkil olunan turlarda iştirak edərək ölkəmizin zəngin təbiəti, tarixi-mədəni irsi və turizm imkanları ilə yaxından tanış olublar.


Həyata keçirilən ekskursiyalar iştirakçıların mənəvi istirahətinə, kollektivlər arasında ünsiyyət və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, eləcə də iş motivasiyasının artırılmasına mühüm töhfə verib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: