Xəbərlər
İyunun 5-i ölkəmizdə Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. ETİHİ Daşkəsən rayon komitəsinin sədri Rabil İbrahimov və idarənin əməkdaşları bu münasibətilə Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 14 may 2014-cü il tarixli Sərəncamına əsasən, hər il iyunun 5-i ölkəmizdə Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. İyunun 5-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Daşkəsən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsini icra edən Şəmil Ziyadov, ETİHİ Daşkəsən rayon komitəsinin sədri Rabil İbrahimov və idarənin əməkdaşları bu münasibətilə Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər. ETİHİ Daşkəsən rayon komitəsinin sədri bütün su təsərrüfatı və meliorasiya işçilərini təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkdirilib.





