“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yurdumuza bahar gəlir

18/03/2026, 09:42
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi-nin təşkilatçılığı ilə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada Novruz şənliyi keçirilib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra gimnaziyada təhsil alan şagirdlərə və ittifaq üzvlərinin övladlarına #AHİK-in Novruz hədiyyələri təqdim olunub.


Bayram tədbiri tonqal ətrafında davam etdirilib.Şagirdlərin və M.F.Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzinin dərnək üzvlərinin təqdim etdikləri rəngarəng musiqi nömrələri tədbirə xüsusi ab-hava qatıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: