“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Qocayev Məhəmməd Heydər oğlunun 65 illik yubiley tədbiri keçirilib.

16/07/2026, 13:21
xeber1

Təhsil rəhbərinin 65 illik yubileyi qeyd olunub

ETİHİ Qazax Rayon Komitəsi , Qazax - Tovuz Regional Təhsil İdarəsi və Qazax Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Qocayev Məhəmməd Heydər oğlunun 65 illik yubiley tədbiri keçirilib.

Tədbirdə Qazax rayonu üzrə təhsil sektorunun müdiri Carçıyev İslam, Təsərrüfat müdiri Əsgərov Səməd, Qazax-Tovuz RTİ-nin aparıcı məsləhətçiləri Əfəndiyev Əhməd, Babayeva Aysel, böyük muhasibi Əzizova Şahnaz, sektor əməkdaşları iştirak ediblər.

Çıxışlarda yubilyarın uzun illər təhsil sahəsində göstərdikləri səmərəli fəaliyyət yüksək qiymətləndirilib və xoş arzular çatdırılıb.

Sonda ETİHİ Qazax Rayon Komitəsi tərəfindən yubilyarlara fəxri fərman və xatirə hədiyyələri təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: