“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

" İz " sənədli film

12/05/2026, 11:45
xeber1

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Göyçay Peşə Liseyinin tələbələrinə “İz” sənədli filmi nümayiş olundu.

 

Filmin ssenarisi Ümummilli Lider Heydər Əliyevin ayrı-ayrı vaxtlardakı çıxışları əsasında qurulub və Ulu Öndərin müəllifi olduğu müasir müstəqil Azərbaycanın inkişaf konsepsiyasını əks etdirir. Ekran əsərində Ümummilli Liderin həyatı, Vətəninə və xalqına bağlılığı, Azərbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi, Qarabağın işğaldan azad edilməsi istiqamətində yürütdüyü ardıcıl siyasət əksini tapıb. Eyni zamanda, işğal altındakı torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, bununla da Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin və arzularının reallaşması filmdə yer alıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: