“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ZafarIMUN 2026-da məktəbimizin növbəti uğuru

10/02/2026, 09:21
xeber1

7–8 fevral tarixlərində Landau (Zabitlər korpusunda) keçirilən ZafarIMUN konfransı uğurla baş tutdu.


MUN (Model United Nations) — Birləşmiş Millətlər Təşkilatının simulyasiyasıdır. Bu formatda şagirdlər müxtəlif ölkələri təmsil edərək beynəlxalq problemləri müzakirə edir, debat aparır, qətnamələr hazırlayır və diplomatik bacarıqlarını inkişaf etdirir.


Bu konfransda Göyçay şəhər akademik Ziya Bünyadov adına 3 saylı tam orta ümumtəhsil məktəbinin 9b sinif şagirdi Əlizadə Lalə Ruslan qızı Fransa nümayəndəsi kimi çıxış etmiş və yüksək performansına görə nailiyyət qazanmışdır. Onun göstərdiyi məsuliyyət, aktiv iştirak və diplomatik yanaşma münsiflər tərəfindən yüksək qiymətləndirilmişdir.


Əlizadə Lalə Ruslan qızını bu nailiyyəti münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!


Şagirdimizin bu uğurunda əməyi olan müəllimlərimizə dərin təşəkkürümüzü bildiririk. Onların dəstəyi və zəhməti bu nailiyyətin əsas təməlidir.

Sosial şəbəkələrdə paylaş: