Xəbərlər
Zaqatala–Balakən bölgəsinə ekskursiyası təşkil olundu.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Elsevər Əsədov adına Türkmən kənd tam orta ümumtəhsil məktəbi kollektivinin iştirakı ilə Zaqatala və Balakən rayonlarına birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi-psixoloji rifahının yüksəldilməsi, həmçinin ölkəmizin zəngin tarixi, mədəni və təbii irsi ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
Səfər çərçivəsində iştirakçılar Zaqatala və Balakənin füsunkar təbiət mənzərələrini seyr edib, bölgənin tarixi-mədəni abidələri və görməli məkanları ilə tanış olublar. Ekskursiya iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb.
Məktəb kollektivi onlar üçün yaradılan bu şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə təşəkkürünü bildirib.



