Xəbərlər
Zaqatalada "2 Fevral Gənclər Günü"nə həsr olunmuş tədbir kećirilib.

ETİHİ Zaqatala rayon Komitəsinin və Şəki Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə "2 Fevral Gənclər Günü"nə həsr olunmuş tədbir kećirilib.Tədbirdə təhsil sahəsində çalışan gənclər Şəhid ailə üzvləri, qazı, müharibə iştirakçıları iştirak edib.Tədbir dövlət himninin səsləndirilməsi,şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb.Tədbiri giriş sözü ilə açan ETİHİ Zaqatala rayon Komitəsinin sədri Bəhruz Bayramov gəncləri təbrik edərək onlara təhsil sahəsində uğurlar arzulayıb.Təhsildə fərqlənən bir qrup gənclərə ETİHİ Zaqatala rayon Komitəsinin fəxri fərmanları və hədiyyələri təqdim edilib. Tədbir rəngarəng bədii musiqi nömrələri ilə davam etdirilib.Gənclər göstərilən diqqətə görə AHİK rəhbərliyinə , ETİHİ Respublika komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.

















