Xəbərlər
Zaqatalada "26 Fevral Xocalı soyqırımına" həsr olunmuş ümumtəhsil voleybol basketbol idman turnirinə yekun vurulub

ETİHİ Zaqatala rayon komitəsinin və Zaqatala rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə "26 Fevral Xocalı soyqırımına" həsr olunmuş ümumtəhsil müəssisələrin müəllimləri, şagirdləri arasında keçirilən voleybol basketbol idman turnirinə yekun vuruldu.
Müəllimlər arası voleybol idman turnirində
I yer Vətən komandası.
II yer Fiziki tərbiyə müəllimləri komandası.
III yer Gənclərin Çağırışaqədərki hazırlıq rəhbərləri komandası.
Müəllimlər arası Basketbol idman turnirində
I yer Muxax komandası
II yer Şahinlər komandası
III yer Qala komandası.
Məktəbli şagirdlər arası voleybol idman turnirində
I yer Ş.Qurbanov adına Şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası.
II yer Makov kənd tam orta ümumtəhsil məktəbin komandası.
III yer N.Hüseynov adına Şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin komandası.
IV yer R.Şabanov adına Aşağı Tala kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbin komandası layiq görüldü.
Qalib komandalar ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov tərəfindən kubok,fəxri fərman,toplar və qiymətli hədiyyələrlə təltif edildi.











