Xəbərlər
Zaqatalada 28 Aprel Ümumdünya Əməyin mühafizəsi günu münasibətilə "Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək"mövzusunda tədbir keçirilmişdir.

28 Aprel Beynəlxalq Əmək Təşkilatının 2026-cı il üçün 28 Aprel Ümumdünya Əməyin mühafizəsi günu münasibətilə müəyyən etdiyi "Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək"mövzusunda ETİHİ Zaqatala rayon komitəsinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseydə tədbir keçirilmişdir.Tədbir dövlət himninin səsləndirilməsi şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb.Tədbiri giriş sözü ilə ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov açmışdır."Ümumi təhsil müəssisələrində sağlam psixososial iş mühitinin yaradılması" mövzusunda Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseyin direktoru Günəş Əsgərova ,"Məktəbəqədər təhsil müəssisələrində sağlam iş mühitinin yaradılmasında rəhbərliyin rolu" mövzusunda Zaqatala rayon Yuxarı Tala kənd 1 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Könül Mehdiyeva,"Təhsil müəssisələrində sağlam psixososial əmək mühiti" mövzusunda Aşağı Tala kənd 6 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu Maşallah Mirzəyev və Zaqatala rayon Təhsil Sektorunun müdiri Kəmalə Əhmədova "Təhsil müəssisələrində sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək" mövzusunda təqdimatla çıxış edib.Tədbir diskussiya şəraitində dəvam etdirilmiş, iştirakçıların sualları ətraflı cəvablandırılmışdır.Tədbirdə məktəb direktorları,məktəb psixoloqları, ümumtəhsil məktəblərin ilk həmkarlar ittifaqı təşkilatının sədrləri və qonaqlar iştirak edib.













