“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zaqatalada 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib

02/11/2026, 15:48
xeber1

ETİHİ Zaqatala Rayon Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala Rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan ETİHİ Zaqatala Rayon Komitəsinin sədri Bəhruz Bayramov müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, onlara möhkəm cansağlığı və pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. O, çıxışında dövlətimiz tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, müəllim əməyinin cəmiyyətin inkişafındakı əvəzsiz rolundan bəhs edib.

Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.

Çıxış edənlər müəllimləri əlamətdar gün münasibətilə təbrik edərək, onların gənc nəslin təlim-tərbiyəsində, savadlı və vətənpərvər vətəndaşların yetişdirilməsində mühüm xidmətlərini vurğulayıb, şərəfli və məsuliyyətli peşələrində uğurlar arzulayıblar.

Tədbir çərçivəsində ETİHİ Zaqatala Rayon Komitəsi tərəfindən bir qrup təhsil işçisi uzunmüddətli və səmərəli fəaliyyətlərinə, təhsil sahəsində göstərdikləri xidmətlərə görə qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlandırılıb.

Bayram tədbiri məktəblilərin hazırladıqları bədii kompozisiyalar və rəngarəng musiqi nömrələri ilə davam edib. İştirakçılara xoş ovqat bəxş edən tədbir yadda qalan anlarla sona çatıb.

ETİHİ Zaqatala Rayon Komitəsi çoxsaylı ittifaq üzvləri adından 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti və şərəfli pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: