“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zaqatalada ali məktəblərə yüksək bal toplayan məzunlarla "Təhsil zirvəsinə doğru-Azərbaycan gəncləri" adlı görüş keçirilib.

02/11/2026, 15:21
xeber1

04.09.2026-cı il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzində Zaqatala Rayon İcra Hakimiyyəti,111 və 112 saylı seçki dairələri üzrə Milli Məclisin deputatları, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və ETİHİ Zaqatala Rayon Komitəsinin birgə təşkilatçılığı ilə ali məktəblərə yüksək bal toplayan məzunlarla "Təhsil zirvəsinə doğru-Azərbaycan gəncləri" adlı görüş keçirilib.Görüş iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək yad ediblər.Görüş Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb.Tədbiri giriş sözü ilə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq məzunları təbrik edib.111 saylı seçki dairəsinin Milli Məclisin deputatı Azər Kərimli,112 saylı seçki dairəsinin Milli Məclisin deputatı Asif Əsgərov,Zəfər Murtuzəliyev adına şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Nəzakət Məmmədova və yüksək bal toplayan məzunun valideyni Arzu Yekibaşova öz çıxışlarında məzunları təbrik ediblər.Tədbirdə Hüquq-mühafizə orqan rəhbərləri,YAP Zaqatala Rayon Təşkilatının sədri,şəhid anaları,şəhid ailə üzvləri,təhsil işçiləri idarə müəssisə rəhbərləri,valideynlər və məzunlar iştirak edib.Yüksək nəticə göstərən məzunlara Zaqatala Rayon İcra Hakimiyyəti, Milli Məclisin deputatları və ETİHİ Zaqatala Rayon Komitəsi tərəfindən hədiyyələr təqdim edilib.Bütün məzunları ETİHİ Zaqatala rayon komitəsinin üzvləri adından təbrik edir,gələcək işlərində uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: