“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zaqatalada Azərbaycan Dillər Universiteti THİK-nin təşkilatçılığı ilə intellektual oyunlar keçirib

19/04/2025, 23:06
xeber1

Azərbaycan Dillər Universitetinin (ADU) rəhbərliyi və kollektivi Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbini ziyarət ediblər. 

Görüş zamanı ADU-nun fəaliyyəti, beynəlxalq əlaqələri, tələbələr üçün yaradılan imkanlar, eləcə də universitetə qəbul qaydaları haqqında ətraflı məlumat verilib.


Məktəb şagirdləri və müəllim kollektivi ilə interaktiv müzakirələr aparılıb və onların sualları cavablandırılıb. Səfərin əsas məqsədi orta məktəblərlə universitet arasında əməkdaşlığı gücləndirmək, şagirdləri ali təhsil imkanları barədə məlumatlandırmaq və onların gələcək ixtisas seçimində dəstək göstərməkdir.

Qeyd edək ki, görüşdə ADU Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan intellektual oyunun qalibləri mükafatlandırılıb. Həmçinin, 

şagirdlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən hazırlanmış xüsusi hədiyyələr təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: