“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Zaqatalada "Dünya Azərbaycanlıların Həmrəyliyi günü Yeni il" şənliyinə həsr olunmuş tədbir keçirilib.

29/12/2025, 01:13
xeber1

26.12.2025-ci il tarixdə "Ayşə" şadliq sarayında ETİHİ Zaqatala rayon komitəsinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "Dünya Azərbaycanlıların Həmrəyliyi günü Yeni il"şənliyinə həsr olunmuş tədbir keçirilmişdir.Tədbir dövlət himninin səsləndirilməsi,şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb.Tədbiri giriş sözü ilə ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov açaraq tədbir iştirakçılarını salamlamiş,ETİHİ Respublika komitəsinin rəhbərliyinin salamlarını və təbriklərini çatdırmış və son bir ildə görülən işlərlə bağlı məlumat verərək hər kəsi Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il münasibətiylə təbrik etmişdir.Sonra Zaqatala rayon üzrə təhsil sektorunun müdiri Kəmalə Əhmədova Azərbaycan yazıçılar birliyinin Zaqatala bölməsinin sədri Əlmaniz Ələkbərli,məktəb rəhbərləri və qabaqcıl təhsil işciləri öz təbriklərini çatdımışdılar.Tədbir rəngarəng musiqi sədaları altında və əyləncəli proqramla dəvam etdirilmişdir.Belə gözəl əyləncəli tədbirin təşkilinə görə çox saylı ittifaq üzvləri adından Azərbaycan Həmkarlar İttifaqı Konfederasıyasının rəhbərliyinə və Elm və Təhsil isçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin rəhbərliyinə təşəkkürlərini bildirmişdilər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: